Məxfilik siyasətinə yanaşmamız
Soazerbaycandakazino.com olaraq, biz sizin məxfiliyinizə və şəxsi məlumatlarınıza son dərəcə ciddi yanaşırıq. Bu Məxfilik siyasəti saytımızda sizdən topladığımız və ya bizə təqdim etdiyiniz hər hansı şəxsi məlumatın bizim tərəfimizdən necə işlənəcəyi ilə bağlı əsasları müəyyən edir. Şəxsi məlumatlar dedikdə müəyyən edilə bilən şəxsə aid olan hər hansı məlumatlar toplusu nəzərdə tutulur.
Şəxsi məlumatları biz xidmətlərimizi təmin etmək və təkmilləşdirmək məqsədilə toplayır və ondan yalnız qanunla icazə verilən şəkildə istifadə edirik. Məlumatlarınızı ən yüksək səviyyədə məsuliyyət qoruyur, hər hansı bir məlumatın üçüncü tərəflər üçün əlçatan olmaması, habelə sui-istifadə olunmaması üçün bütün lazım olan tədbirləri görürük. Bu Məxfilik Siyasəti, həmçinin şəxsi məlumatlarınızla bağlı hüquqlarınızı və seçimlərinizi təsvir edir. O səbəbdən burada qeyd olunanları diqqətlə oxumağınızı xahiş edirik.
Veb-sayta daxil olmaqla, topladığımız məlumatlarla və bu məlumatları istifadə etdiyimiz üsullarla bağlı bu Məxfilik Siyasətində təsvir olunan şərtləri qəbul etmiş hesab olunursunuz. Qanuni tələblərə riayət etmək və xidmətlərimizdə dəyişiklikləri etmək üçün bu siyasət mətnini istənilən zaman yeniləyə bilərik. Məxfiliyiniz bizim prioritetimizdir və biz məlumatlarınızın məsuliyyətli və şəffaf şəkildə idarə olunmasını təmin etməyə söz veririk.
Məlumatların toplanması və ondan istifadə qaydası
Biz müxtəlif mənbələrdən veb-saytın istifadəçiləri haqqında şəxsi məlumatları toplayırıq. Mümkün olduqda, məlumatlarınızı toplamadan əvvəl sizə məlumatların istifadəsi ilə bağlı məlumat veririk. Məlumatlarınızın toplanıb-toplanmamasına qərar vermək sizin ixtiyarınızdadır. Sizin haqqınızda toplanacaq məlumatları aşağıdakı kimi təsnif edirik:
- İstifadəçi məzmunu: Saytımızda yerləşdirdiyiniz hər hansı məzmun, məsələn, rəylər, şərhlər və sair.
- Profil məlumatları: Əgər sizin platformamızda bir hesabınız varsa, ad, soyad, istifadəçi adınızı, parolunuzu və digər qeydiyyat məlumatlarınızı toplamaq hüququna sahibik.
- Əlaqə üsulları: Siz saytımıza abunə olduğunuzda, rəy bildirdiyinizdə və ya dəstək üçün bizimlə əlaqə saxladığınız zaman adınızı, e-poçt ünvanınızı və digər əlaqə məlumatlarınızı toplaya bilərik.
- Saytdan istifadə statistikası: Biz ziyarət edilən səhifələr, kliklənən linklər və saytımızda sərf olunan vaxt daxil olmaqla, platformamızla bağlı statistik məlumatları toplayırıq.
- Texniki məlumatlar: Saytımıza daxil olmaq üçün istifadə etdiyiniz cihaz haqqında məlumatlar, o cümlədən IP ünvanınız, brauzerinizin növü, əməliyyat sistemi və sair kimi məlumatlar tərəfimizdən toplanır.
Texniki Məlumatları və Saytdan İstifadə Statistikası tərəfimizdən avtomatik olaraq toplanır. Biz, həmçinin statistika və həmçinin, digər ümumi məlumatlarınızı istənilən məqsəd üçün toplaya, istifadə edə və paylaşa bilərik. Ümumi Məlumat şəxsi məlumatlarınızdan əldə olunsa da, birbaşa və ya dolayısı ilə kimliyinizi aşkar etmədiyi üçün qanuni olaraq şəxsi məlumat hesab edilmir. Milliyyət, dini görüş, gender və ya cinsi oriyentasiyanız, siyasi fikirləriniz, sağlamlıq məlumatlarınız və ya genetik və biometrik məlumatlarınız haqqında heç bir məlumat toplamırıq.
Veb-saytımızda gÉ™zdiyiniz zaman istifadÉ™ etdiyiniz kompĂĽter vÉ™ ya mobil cihazda “kuki” adlanan kiçik bir mÉ™tn faylı saxlanır. Biz istifadəçi davranışını, seçimlÉ™rini vÉ™ sessiya mÉ™lumatlarını izlÉ™mÉ™k üçün bu kukilÉ™rdÉ™n vÉ™ digÉ™r oxĹźar texnologiyalardan istifadÉ™ edirik. Bu texnologiyalar bizÉ™ istifadəçi seçimlÉ™ri É™sasında mÉ™zmunu fÉ™rdiləşdirmÉ™yÉ™ kömÉ™k edir. KukilÉ™r vÉ™ onların istifadÉ™ qaydası haqqında aĹźağıdakı bölmÉ™dÉ™ daha detallı mÉ™lumat verilmiĹźdir.
Kuki siyasəti
Kukilərdən sizi veb-saytımızın digər ziyarətçilərindən fərqləndirmək üçün istifadə edirik. Bu, saytımıza daxil olduğunuz zaman sizə yüksək keyfiyyətli təcrübə xidmət göstərməyə imkan verir və eləcə də, veb-saytımızın performansını təkmilləşdirməyə kömək edir. Kukilər saytda naviqasiyanızı daha rahat edir, çünki o, müəyyən funksiyaların avtomatik aktivləşdirilməsinə imkan verir və seçimlərinizi izləyir. Aşağıda vebsaytımız tərəfindən istifadə edilən kuki növləri və onların istifadə səbəbləri haqqında detallı məlumat tapa bilərsiniz:
- Birdəfəlik Kukilər: Bunlar saytda olduğunuzda müvəqqəti yaddaşda saxlanılan və brauzeri bağladıqdan sonra avtomatiksilinən fayllardır. Bunlar saytımızın normal işləməsinə imkan vermək üçün olduqca vacibdir. Əgər bu kuki faylları deaktiv edilərsə, veb-saytın performansı aşağı düşə bilər.
- Uzunmüddətli Kukilər: Bunlar, onları quran şirkət tərəfindən adətən daha uzun müddət (adətən bir il) ərzində saxlanılan kukilərdir. Veb-saytımızda onlar istifadəçilərin saytımızdan necə istifadə etdiyini izləyən və təhlil edən, siyasətlərinə bizim heç bir nəzarətimiz olmayan üçüncü tərəf veb-trafik analitik şirkətləri tərəfindən təyin edilir. Uzunmüddətli kukilər öz daxilində bir neçə cür təsnifatlaşdırılır.
- Analitik Kukiləri: Bu fayllar anonim ziyarətçi məlumatlarını toplayır. Onlar bizə saytımıza daha asan girişi təmin etməyimizə kömək etmək üçün ziyarətçilərin veb-saytın hansı hissələrinə, hansı ardıcıllıqla və nə qədər müddətə daxil olduğunu göstərir.
- Funksionallıq Kukiləri: Bu kukilər təkrar ziyarətlər zamanı sizi müəyyən etməyə kömək edir ki, biz gələcək səfərlər üçün seçimlərinizi yadda saxlaya və yada sala bilək.
- Təyinatlı Kukilər: Bu növ kuki sizin daxil olduğunuz səhifələri və keçidləri izləyir. Bu bizə veb-saytımızın istifadəçi dostu performansını yaxşılaşdırmağa imkan verir.
Veb-saytımızın xidmətlərindən istifadə etməyə davam etməklə, siz bu Məxfilik Siyasətində təsvir olunan kuki növləri və digər izləmə texnologiyalarından istifadəni qəbul edirsiniz. Xahiş edirik unutmayın ki, kukilər sizin hər hansı məhrəm bilgilərinizi ehtiva etmir. Qeyd edək ki, siz brauzerinizin parametrlər bölməsinə daxil olmaqla və bütün və ya bəzi kukiləri deaktiv edə bilərsiniz.
Siz brauzerinizin parametrlərini elə uyğunlaşdıra bilərsiniz ki, kukiləri yerləşdirilməzdən əvvəl sizə xəbər verilsin. Siz həmçinin parametrləri brauzeriniz avtomatik bütün kukilərdən və ya yalnız üçüncü tərəf kukilərindən imtina etməsini tənzimləyə bilərsiniz. Ancaq, onu da bildirmək lazımdır ki, bütün kukilər deaktiv edilərsə, bu veb-saytın bəzi funksiyalarının zəif işləməsinə və ümumilikdə performansın aşağı düşməsinə yol aça bilər. Bunun əvəzinə brauzerinizin kuki parametrlərini fərqli formada konfiqurasiya edə bilərsiniz.
Sizin seçimləriniz
Biz şəxsi məlumatlarınızı birbaşa sizdən tələb etdikdə, o şərtlə ki, onlar isteğe bağlıdır. Əgər tələb olunan məlumatı təqdim etməməyi seçsəniz, biz sizə müəyyən xidmətləri təklif edə bilməyəcəyik. Şəxsi məlumatlarınızı istifadə etməklə bağlı şikayətiniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Şikayətlər, narahatlığınızı və ya şikayətinizi hərtərəfli araşdıra bilməmiz üçün yazılı şəkildə edilməlidir. Biz şikayətinizi nəzərdən keçirəcəyik və çikayətinizə cavabımız barədə sizə məlumat verəcəyik. Təkrar xatırladaq ki, kukiləri qəbul etmək istəmirsinizsə, brauzerinizin parametrləri vasitəsilə onları söndürə bilərsiniz. Lütfən nəzərə alın ki, kukilərin deaktiv edilməsi, saytımızın funksionallığına və fəaliyyətinə təsir göstərə bilər.
Kuki provayderləri
Kuki provayderləri sayt sahibinə və istifadəçilərə kukilər təmin edən ixtisaslı şirkətlərdir. Biz müxtəlif məsələ və xidmətlərdə bizə kömək etmək üçün etibarlı üçüncü tərəf xidmət provayderləri, podratçılar və ya biznes tərəfdaşları ilə əməkdaşlıq edirik. Bu vəzifələrə ödənişlərin idarə edilməsi, məlumatları təhlil etmək, müştərilərə dəstək olmaq, marketinq məsələlərində kömək etmək kimi şeylər daxildir. Bu xidmət provayderləri şəxsi məlumatlara yalnız gördükləri xüsusi iş üçün lazım olduqda giriş əldə edə bilirlər. Müştərilərimizin gizliliyini və məxfiliyini qorumaq üçün, biz yalnız etibarlı provayderlərlə işləyirik.
Topladığımız şəxsi məlumatların istifadəsi
Biz Sizin fundamental hüquqlarınıza tamamilə hörmət edirik və şəxsi məlumatlarınızın qorunmasına yüksək qiymət veririk. Biz məlumatların istifadə təyinatı ilə bağlı qüvvədə olan bütün qanunlara normativ tələblərə riayət edirik. Ziyarətçilərin yalnız qeyri-şəxsi məlumatlarını hüquqla müəyyən edilən formada təhlil məqsdələri üçün istifadə edirik. Topladığımız məlumatları aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:
- Xidmətlərimizin keyfiyyətini idarə etmək, qiymətləndirmək, təkmilləşdirmək
- Sizinlə əlaqə saxlamaq, o cümlədən sizə xidmətlərlə bağlı e-poçt və ya mesajlar göndərmək (məsələn, xidmətlərimə dəyişikliklər və ya yeniləmələr, texniki və təhlükəsizlik bildirişləri və xəbərdarlıqlar kimi)
- Məsuliyyətli Oyun prinsiplərini təşviq etmək
- Biznes maraqlarımızı idarə etmək
- Dəstək və texniki xidmət göstərmək, o cümlədən xidmətlə bağlı sorğularınıza, suallarınıza və rəylərinizə cavab vermək
- Xidmətlərimizi inkişaf etdirmək və ya təkmilləşdirmək və təhlil və əlaqəli hesabatların hazırlanması.
İstədiyiniz və ya ehtiyacınız ola biləcəyini düşündüyümüz xidmətlər yaxud sizin üçün nəyin maraqlı ola biləcəyi barədə fikir formalaşdırmaq üçün digər Şəxsi Məlumatlardan istifadə etmək hüququnu özümüzdə saxlayırıq.
Əgər siz xidmətlərimizdən istifadə etmisinizsə və kukiləri qəbul etməkdən imtina etməmisinizsə, bizə təqdim etdiyiniz Şəxsi Məlumatlardan istifadə etməklə sizinlə marketinq kommunikasiyaları ilə əlaqə saxlamaq icazəsi vermiş sayılırsınız. Siz hər bir reklam (marketinq) mesajında yer alan imtina linkinə klikləməklə istənilən vaxt tərəfimizdən marketinq mesajları göndərilməsini dayandıra bilərsiniz.
Reklam xarakterli mesajlarımızı qəbul etməkdən imtina etməyi seçsəniz, biz qeyri-reklam təyinatlı mesajları göndərməyə və Şəxsi Məlumatlarınızdan istifadə etməklə digər müvafiq fəaliyyətlərimizi həyata keçirməyə yenə də davam edəcəyik.
Biz şəxsi məlumatlarınızdan müvafiq qanunlara və dövlət orqanlarının sorğularına cavab vermək kimi hüquqi prosesə riayət etmək üçün zəruri və uyğun hesab etdiyimiz formada istifadə edə bilərik.
Şəxsi Məlumatlarınızdan və Şəxsi Məlumatlarını topladığımız digər şəxslərdən anonim istifadə üçün datalar yarada bilərik. Biz həmin şəxsi məlumatları kimliyinizi müəyyən edən məlumatlar xaricində və anonim məlumat olaraq qanuni biznes məqsədlərimiz üçün istifadə edə bilərik.
Şəxsi məlumatların paylaşılması
Sizin məxfiliyiniz bizim prioritetimizdir və sizi əmin etmək istəyirik ki, biz heç bir halda məlumatınızı kənar mənbələrlə paylaşmayacağıq. Xidmətlərimizi effektiv şəkildə təmin etmək üçün Şəxsi Məlumatlarınızı üçüncü tərəflərə, məsələn, Media Partnyorlarımıza və digər biznes tərəfdaşlarımıza açıqlamamız lazım gələ bilər. Lakin biz məlumatların üçüncü tərəflərlə paylaşılması prosesinin minimum dərəcədə zəruri və lazım olduqda isə tam təhlükəsiz olmasına çalışırıq. Biz heç vaxt məlumatlarınızı başqa üçüncü tərəflərə pulsuz və ya ödəniş müqabilində satmırıq.
Məlumatlarınızı alan üçüncü tərəflər məlumatlarınızı qorumaq üçün bizim etdiyimiz kimi məlumatların qorunması ilə bağlı qanuni müstəvidə eyni öhdəliklərə malikdirlər. Məlumat emalçısı kimi fəaliyyət göstərən üçüncü tərəflərə biz sizin hüquqlarınızı və məxfiliyinizi qorumaq üçün lazımi zəmanəti verməsini tələb edirik. Məlumatlarınız yalnız aşağıdakı hallarda başqa tərəflərlə paylaşıla bilər:
- Xidmət təchizatçıları: Biz öz funksiyalarını yerinə yetirməkdə və veb-saytımız adından istifadəçi məlumatlarını emal etməkdə onlara kömək etmək üçün üçüncü tərəf xidmət təminatçıları və biznes tərəfdaşları ilə şəxsi məlumatlarınızı paylaşa bilərik.
- Tədqiqat, analiz və ya texniki diaqnostika: Məxfilik Siyasətimizdə və qüvvədə olan qanunda qeyd olunan təhlükəsizlik öhdəliklərinə uyğun bir şəkildə, anonimləşdirilmiş məlumatlarınız tədqiqat, analiz və ya texniki diaqnostika məqsədilə üçüncü tərəflərlə paylaşıla bilər.
- Digər hallar: Anonim məlumat həmçinin məsləhətçilər, auditorlar, potensial investorlar və ya alıcılar, partnyorlarımız və törəmə şirkətlərimizlə də paylaşıla bilər. Bundan əlavə, məlumatlar şirkət aktivlərinin satışı kimi korporativ əməliyyatlar zamanı paylaşıla bilər.
- Şəxsi məlumatların ölçüsü, xarakteri və həssaslığı
- Şəxsi məlumatlarınızın icazəsiz istifadəsi və ya açıqlanması nəticəsində potensial risklər
- Şəxsi məlumatlarınızı istifadə etdiyimiz məqsədlər və bu məqsədlərə başqa vasitələrlə nail olub-olmamağımız
- Qanunverici orqanlar tərəfindən tətbiq olunan qayda və normalar.
Biz həmçinin hüquqi normativlərə riayət etmək, qanuni prosedurları həyata keçirmək, qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün özümüzün, sizin və ya üçüncü şəxslərin təhlükəsizliyini və hüquqlarını qorumaq üçün məlumatları müvafiq orqanlara açıqlaya bilərik. Əmin olun, biz məlumatlarınızı qorumaq üçün maksimum diqqət göstəririk və onu yalnız lazım olduqda və müvafiq təhlükəsizlik vasitələri ilə paylaşırıq. Məlumatlarınızı necə idarə etdiyimizlə bağlı hər hansı bir narahatlığınız və ya sualınız varsa, lütfən, bizimlə əlaqə saxlayın.
Üçüncü tərəflər tərəfindən məlumatların toplanması
Qeyd etmək vacibdir ki, bu Məxfilik Siyasəti üçüncü tərəflərin veb-saytlarına, xidmətlərinə və ya proqramlarına deyil, yalnız bizim xidmətlərimizə aiddir. Məxfilik Siyasətimiz saytımızdakı hiperlinklər vasitəsilə daxil olduğunuz üçüncü tərəf veb-saytları tərəfindən toplana bilən məxfilik məlumatlarına, o cümlədən kukilər və digər izləmə texnologiyalarına şamil edilmir. Bu üçüncü tərəf saytlarına nəzarətimiz olmadığını vurğulamaq istəyirik. Hər bir üçüncü tərəf saytı öz məxfilik siyasəti əsasında fəaliyyət göstərir, hər hansı şəxsi məlumatı təqdim etməzdən əvvəl diqqətlə nəzərdən keçirməlisiniz. Platformamızdakı linklər vasitəsilə bu saytlardan hər hansı birinə daxil olmağı seçsəniz, məsuliyyət sizin özünüzə aiddir.
Məlumatlarınızı necə qoruyuruq
Məlumatlarınızın təhlükəsizliyini təmin etmək bizim üçün hər şeydən vacibdir. Buna görə də biz məlumatlarınızı qorumaq və icazəsiz istifadənin qarşısını almaq üçün beynəlxalq prosedurları və siyasətləri izləyirik. Biz platformamızda bütün məlumat ötürülməsi prosesini şifrələmək üçün Secure Socket Layer (SSL) adlanan müasir texnologiyadan istifadə edirik.
SSL texnologiyası cihazınız və serverlərimiz arasında ötürülən məlumatları şifrələməklə işləyir və onu ələ keçirməyə cəhd edən hər kəs üçün oxunması mümkünsüz edir. Bu şifrələmə prosesi internet üzərində veb-saytlara şəxsi məlumatlar və ödəniş məlumatları kimi bütün istifadəçi məlumatlarını qorumağa kömək edir.
Biz həm xidmətlərimiz, həm də şəxsi məlumatlarınız üçün adekvat təhlükəsizlik tədbirlərinə ciddi riayət edirik. Məlumatlarınızın itirilməsi, sui-istifadəsi və dəyişdirilməkdən qorumaq üçün zəruri rəqəmsal və infrastruktur təhlükəsizlik tədbirləri həyata keçirməkdəyik. Başqa sözlə, şəxsi məlumatlarınız təhlükəsiz rəqəmsal şifrələmə mühitində xüsusi parolla qorunur.
Şəxsi məlumatlarınıza giriş yalnız iş funksiyalarını yerinə yetirmək üçün əlaqəli departamentin işçilər üçün əlçatandır. Başqa şəxslərin bu məlumatları əldə etməməsi tərəfimizdən müvafiq qaydada yerinə yetirilir. Biz sizin şəxsi məlumatlarınızı dünyanın müxtəlif yerlərindən olan fərqli ölkələrə ötürməli ola bilərik. Məlumatların qorunması qanunları müxtəlif bölgələrdə fərqli ola bilsə də, biz sizdən toplanmış hər hansı anonim məlumat üçün bərabərsəviyyəli mühafizə təmin etməyə çalışırıq.
Veb-saytımız şəxsi məlumatların qorunması üçün bütün zəruri qaydalara tam əməl edir. Lakin bütün səylərimizə baxmayaraq, lütfən nəzərə alın ki, internet üzərindən məlumatın ötürülməsi tamamilə təhlükəsiz deyil və kibercinayətkarlığın hədəfi olması ehtimalı var. Nəzərə alın ki, saytımız üzərindən məlumat ötürlüməsi prosesi zamanı ortaya çıxacaq hər hansı risk sizin məsuliyyətinizdədir.
Saytımızdan istifadə etməklə, məlumatlarınızın saxlanması, emalı və müvafiq istifadəsi ilə bağlı Məxfilik Siyasətimizin şərtlərini oxuduğunuzu və qəbul etdiyinizi təsdiq edirsiniz. Lütfən məlumatlarınızın hər hansı bir formada sui-istifadə edildiyini və ya oğurlandığını düşünürsünüzsə, dərhal bizimlə əlaqə saxlamağa tərəddüd etməyin.
Məlumatlarınızı nə qədər müddət saxlayırıq?
Bir istifadəçi olaraq, istədiyiniz zaman məlumatlarınıza daxil olmaq, düzəliş, ötürmək və silinməsini tələb etmək hüququnuz var. Haqqınızda saxladığımız hər hansı şəxsi məlumatın qeyri-dəqiq və ya natamam olduğuna inanırsınızsa, onu düzəltmək və ya yeniləmə etmək imkanınız mövcuddur. Siz şəxsi məlumatlarınızın bizim məlumat bazasından silinməsini tələb edə bilərsiniz. Bu halda qanunla saxlamalı olduğumuz məlumatlar istisna olmaqla, sizə aid olan bütün məlumatları dərhal siləcəyik.
Müəyyən hallarda biz sizin şəxsi məlumatlarınızı tədqiqat və ya statistik məqsədlər üçün anonimləşdirə bilərik. Qeyd edək ki, anonimləşdirilmiş məlumatlardan sizə əlavə xəbərdarlıq edilmədən və qeyri-müəyyən müddətə istifadə etmək hüququna sahibik. Biz şəxsi məlumatlarınızı nə üçün topladığımıza və istifadə etdiyimiz məqsədlərə əsasən, sizin anonimliyinizi qorumaq şərtilə lazım olduğu müddət ərzində saxlayacağıq. Şəxsi məlumatların müvafiq saxlama müddətini müəyyən etmək üçün biz müxtəlif amilləri nəzərə alırıq:
Nəzərə alın ki, müəyyən edilmiş hüquqi normalara əsasən müəyyən növ istifadəçi məlumatlarının müəyyən bir müddət ərzində saxlanması tələb olunur. Ona görə bəzi dataların silinməsi ya mümkünsüz ola, ya da uzun müddət tələb edə bilər.
Şəxsi məlumatlarınızın saxlanması, ya da istifadəçi kimi hüquqlarınızla bağlı hər hansı qayğınız varsa, saytımızda qeyd olunan e-mail vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə yardım etmək və şəxsi məlumatlarınızın istifadəsi ilə bağlı yarana biləcək istənilən bir problemi həll etmək üçün hər zaman buradayıq. Komandamız istənilən sorğu ilə bağlı müraciətinizi operativ formada cavablandıracaq.
Məlumat təhlükəsizliyi
Şəxsi məlumatlarınızın təsadüfən itirilməsindən, istifadə edilməsindən, icazəsiz şəkildə əldə edilməsindən, dəyişdirilməsindən və ya açıqlanmasından qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri həyata keçiririk. Bütün məlumatlar serverlərimizdə təhlükəsiz bir şəkildə qorunur. İstifadə etdiyimiz müasir texnologiyalar məlumat bazamızın güvənliliyinə zəmanət verir. Biz şəxsi məlumatlarınıza giriş və müvafiq məqsədlər üçün istifadəsi üçün yalnız öz işçilərimizə icazə veririk. Hər hansı üçüncü tərəf şirkətlər, agentliklər və digər biznes subyektlər məlumatlarınızı heç bir halda əldə edə və icazəsiz şəkildə istifadə edə bilməz. Əgər məlumatların təhlükəsizliyi ilə bağlı pozuntu baş verərsə, biz sizə və qanunun tələb etdiyi hər hansı müvafiq tənzimləyiciyə məlumat verəcəyik.
İstifadəçi hüquqları
İstifadəçi kimi şəxsi məlumatlarınızla bağlı bir sıra hüquqlarınız var.
Sizin haqqınızda topladığımız məlumatları nəzərdən keçirə, şəxsi məlumatların qeyri-dəqiq və ya natamam olduğuna düşünürsünüzsə, düzəlişlər edə bilərsiniz. Eyni zamanda, sonra qanunla saxlamalı olduğumuz data xaricində, bütün məlumatınızı sildirmək seçiminiz var.
Bununla yanaşı, saytımızın kukilərini qəbul etmək və ya rədd etmək seçiminiz var. Kukilərdən imtina etmək istəsəniz, brauzerinizin parametrlərini tənzimləməklə bunu edə bilərsiniz. Platformamızda istifadəçi hüquqları bu Məxfilik Siyasəti mətninə və beynəlxalq qanunvericiliyə uyğun formada tənzimlənir.
Azyaşlı istifadəçilər
Xidmətlərimiz yetkinlik yaşına çatmayanların istifadəsi üçün nəzərdə tutulmayıb. Əgər 18 yaşdan kiçiksinizsə, siz qanunlara əsasən onlayn kazinolarda iştirak edə və dolayısı ilə, həm də bizim xidmətlərimizdən istifadə edə bilməzsiniz. Diqqətinizə çatdıraq ki, onlayn kazinolar yetkinlik yaşına çatmayan istifadəçilərin girişinin qarşısını almaq üçün ciddi şəkildə tənzimlənir. Bu məqsədlə bütün lisenziyalalı kazinolar tərəfindən yaş yoxlama prosesuduru təşkil olunur. Hesab yaratdığınız zaman yaşınızı təsdiqləmək üçün sizdən etibarlı bir sənəd təqdim etmək tələb olunur. Bu, yalnız onlayn qumar oyunları üçün qanuni yaş tələbinə cavab verən istifadəçilərin onların xidmətlərin daxil ola biləcəyini təmin edir.
Haqqımızda
Soazerbaycandakazino.com onlayn kazinolar haqqında Azərbaycan dilində ən etibarlı və ən böyük mənbələrdən biridir. Bizim missiyamız sizə Azərbaycanda onlayn kazino sektoru ilə bağlı dəqiq, və aktual məlumatları çatdırmaqdır. Komandamız bu sahənin 20-dən çox peşəkarından ibarətdir. Analizlərimizin dürüst və obyektiv olmasını təmin etmək üçün ciddi redaksiya standartlara riayət edir və platformamızda yalnız lisenziyalı saytları siyahılayırıq. Məxfilik Siyasətimiz və ya şəxsi məlumatlarınızı necə idarə etdiyimizlə bağlı hər sualınız varsa, saytımızdakı forumu doldurmaqla, bizimlə əlaqə saxlaya bilərsiniz.
Faydalı keçidlər: Bizim Haqqımızda / Biz necə yoxlayırıq? / Məsuliyyətli Oyun